30 İyul 2018 11:43
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Əkbər Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Əkbər Həsənov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

O, məhkəmə zalından sərbəst buraxılıb.

İttihama görə, 2016-cı ildə Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən iş adamı Əkbər Həsənovu həbs edib.

Onun həbs edilməsinə səbəb rayon ərazisində yaşayan vətəndaşlardan birinin şikayət ərizəsi olub.

Şikayətçi yeni inşa edilən binalardan birində Əkbər Həsənovdan mənzil alıb.

Əldə edilmiş razılığa əsasən, mənzilin pulu hissə-hissə ödənilib.

Pul tam ödənilsə də, Əkbər Həsənov satdığı mənzilin ödəniş qəbzini vətəndaşa verməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər