Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyaları oğurlanaması barədə 7-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vahid Quliyev saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Vahid Quliyev əvvəllər öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və oğurluğa görə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.