31 İyul 2018 11:02
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Teleqraf.com xəbər verir ki, Penitensiar Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində məhkum Dibirov Şadnus Nasruddin oğlunun əvvəllər yaşadığı Balakən rayon ərazisindəki evinin həyətində torpağa basdırılmış 1 ədəd Makarov tipli tapança və 240 qram narkotik vasitə - marixuana aşkar edilib.

Şadnus Dibirov Cinayət Məcəlləsinin 228.1, 237.2.3 və 66.3-cü maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə Balakən rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər