18 Avqust 2014 12:45
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Namiq Musayev idarə etdiyi “MAZ” markalı avtomobillə velosipedlə yolu keçən şəhər sakini İsmayıl Nəsirovu vurub. İ.Nəsirov xəstəxanaya aparılarkən yolda ölüb.

Piyadanın ölümü ilə nəticələnən daha bir yol qəzası Şabran rayonunun Sincamboyad kəndində qeydə alınıb. Vahab Eynalov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Dəvəçi kənd sakini Tahir Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Goranboy rayonunun Goran qəsəbəsində Gəncə şəhər sakini Ceyhun Muxtarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əli Fəttahovu vurub, piyada hadisə yerində ölüb.

Ölümlə nəticələnən yol qəzası Bakının Xətai rayonu Gəncə prospektində də baş verib. Bakı şəhər sakini Vüsal Rzayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmira Quliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Paytaxtın Nizami rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Səyyaf Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: