İyulun 31-də Mərkəzi Afrika Respublikasında öldürülmüş Rusiya vətəndaşları - hərbi müxbir Orxan Camal, operator Kiril Radçenko və rejissor Aleksandr Rastorquyevin hücum anında olduqları avtomobilin fotoları yayılıb.
Publika.az RBK agentliyinə istinadən xəbər verir ki, yayılmış fotolarda “Mitsubishi L200” markalı avtomobildə bir neçə güllə deşiyinin olduğu görünür.
Güllələr həm ön şüşədən, həm də sol arxa qapıdan deşik açıb. Bildirilir ki, fotoların orijinal olmasını istintaqın gedişi ilə tanış mənbə təsdiq edib. Onun sözlərinə görə, avtomobil Mərkəzi Afrika Respublikasının paytaxtda Bangi şəhərindədir.
Rusiya vətəndaşlarının cəsədləri hazırda hospitaldadır. Onların tezliklə Rusiyaya göndəriləcəyi gözlənilir.
Hücum haqqında müxtəlif versiyalar səsləndirilir. Versiyalardan birinə görə, onları soyğunçuluq məqsədiylə öldürə bilərdilər.