3 Avqust 2018 10:20
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Elçin Məmmədovun cəzasının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində Rasim Abıyevin idarə etdiyi “Mercedes Benz - C180” markalı avtomobillə hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə toqquşub.

Nəticədə “Nissan Sunny” markalı avtomobildə olan sərnişinlər - Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Baş verən hadisədə təqsirli bilinən Elçin Məmmədov həbs edilib.

Onun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər