Nərimanov rayon icra şöbəsinin sabiq məmuru Pərviz Nəbizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Pərviz Nəbizadə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona şərti cəza təyin edilib.
Pərviz Nəbizadə Nərimanov rayon icra şöbəsində icra məmuru kimi fəaliyyət göstərib.
O, 300 manat rüşvət alarkən saxlanılıb.
Pərviz Nəbizadənin barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib.