Avstraliyanın Sidney şəhərində qadın marketdə iki nəfərə balta ilə hücum edib.
Teleqraf.com xəbər verir ki, 26 yaşlı Evie Amati ət dükanında qadını sifətindən, kişini isə kürəyindən yaralayıb.
İş üzrə aparılan məhkəmə prosesi hələ də davam edir. Gənc qadının narkotik maddələrin təsiri altında cinayət törətdiyi bildirilir.
Vəkil Evie Amati ruhi problemlərinin olduğunu qeyd edib.
Məhkəmə prosesi davam etdirilir.