4 Avqust 2018 18:12
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 4-də saat 1 radələrində Bərdə rayonunun Gərənə kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Sənani Balayevə məxsus “QAZel” markalı avtomobil qaçırılıb.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən həmkəndlisi Əlvan Namazov saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov