8 Avqust 2018 08:59
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Çiçək qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğlu qonşu ilə hələlik bilinməyən səbəblərə görə, mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. X.Nəsirov bıçaqlanıb.

Yaralı Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti (TTTYX) vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.


Müəllif: Teleqraf.com