9 Avqust 2018 20:44
2 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyada bir kişi şampun qabına yerləşdirdiyi gizli kameralar vasitəsilə 34 qadının hamamda çılpaq görüntülərini əldə edərək porno saytlara satıb.

Teleqraf.com xəbər verir ki, polis 2017-2018-ci illərdə çəkilmiş 210 gizli görüntüləri əldə edib.

Şampun qablarına yerləşdirilmiş kameralar uzaqdan idarə olunub. Manyak bununla da istədiyi görüntüləri əldə edə bilib. Polis onu həbs edib və videoları yayılan qadınların hər biri ilə əlaqə yaradılıb.

Qadınlar videolarının paylaşılmasından şoka düşüblər. Bəziləri psixoloji sarsıntı keçirərək həkimə müraciət etməli olub.

Polis bütün videoları silib.

Hazırda faktla bağlı məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxsi 14 ilə qədər həbs gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər