9 Avqust 2018 22:16
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qadın qonşusu tərəfindən döyülüb.

Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Pərvanə Hüseyn qızı Dadaşova onunla qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən P.Dadaşovanın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Məlumata görə, hadisəyə səbəb qonşular arasında uzun müddətdir davam edən ədavət və P.Dadaşovanın məhkəməyə müraciət etməsi olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report