13 Avqust 2018 23:09
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

1982-ci il təvəllüdlü yerli sakin Həsənov Teymur Natiq oğlu şəhərdə yerləşən Göyərçin abidəsinin arxasındakı ağaclıqda özünü kəndirlə asaraq öldürüb.

Meyit müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.

Hadisənin dəqiq səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report