17 Avqust 2018 23:39
2 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kriminal avtoritet Ələddin Çakıcının Sincan Qapalı həbsxanasına köçürülərkən qaçırılması planının qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, məşhur mafiya lideri Ələddin Çakıcı Qırıqqala həbsxanasında saxlanılıb və son günlərə qədər orada müalicə alıb.

Onun həbsxanadan qaçırılacağına dair məlumat əldə edilib və buna görə dərhal Sincan Qapalı həbsxanasına köçürülüb.

Eyni zamanda məlum olub ki, mafiya liderinin müalicəsi təhlükəsizlik səbəbindən həbsxanada aparılacaq. Bu məqsədlə həbsxananın tibb şöbəsinə biri ürək həkimi olmaqla iki yeni həkim işə götürülüb.

Qırıqqala həbsxanasında Sincan həbsxanasına etap olunan Ələddin Çakıcının azadlıqda olan şəbəkəsinə qarşı xüsusi əməliyyatların keçirilməsi diqqəti çəkir.

Çakıcının Sincan həbsxanasına etap olunduğu gün səhər saat 05:00-da hüquq-mühafizə orqanları İzmir, İstanbul, Urfa, Bursa, Barburt və Qırıqqalada əməliyyatlar keçirib. Əməliyyat zamanı 17 nəfər saxlanılıb. Saxlanılanlar arasında Çakıcının vəkili, media üzrə nümayəndəsi də var. Əməliyyat zamanı 3 silah aşkar edilərək götürülüb. Əməliyyatdan sonra araşdırma aparan prokurora ciddi təhdidlər edilib. Çakıcının həbsxanadan idarə etdiyi qüvvələrdən qorunmaq üçün prokuror cangüdənlərə təmin olunub.

Məlumat üçün xatırladaq ki, Ələddin Çakıcı 1998-ci ildə Türkiyə və Avstriya polisinin birgə əməliyyatı zamanı Fransın Nints şəhərində yaxalanıb. 41 nəfərin ölümündə ittiham edilən Çakıcının üzərindən Nədim Caner adına pasport və 17 min ABŞ dolları çıxıb.

Birja üzrə mütəxəssis Adil Öngənin güllələnməsi ilə bağlı məhkəmədə Çakıcı ölkə xaricində Milli İstihbarat Təşkilat (MİT) üçün işlədiyini və hər zaman dövləti qoruduğunu bəyan edib. Bildirib ki, ondan sadəcə istifadə olunub.

MİT-in sabiq xarici kəşfiyyat idarəsinin rəhbəri Nuri Gundəş NTV-də dərin dövlət mövzusunda danışarkən Çakıcı barəsində açıqlama verib. "Məni dinləyirsə əllərindən öpürəm. Əgər bu dövlətə xidməti varsa", deyə Gündəş bildirib.

Qeyd edək ki, 2018-ci ildə MHP lideri Dövlət Baxçalı mafiya liderinin əfv olunması məsələsini qaldırıb. O, hətta müalicə olunan Ələddin Çakıcını ziyarət edib, onun azadlığa buraxılması ideyasını dəstəkləyib.

Mafiya lideri bir zamanlar Prezident Ərdoğan və daxili işlər naziri Süleyman Soylunu tənqid etməklə gündəmə gəlmişdi. Ələddin Çakıcı Süleyman Soylu haqqında “Trabzonlu çirkin və kəl” ifadəsini işlədib.

Son 30 ilini həbsxanada keçirən Çakıcı bir sıra cinayətlərdə ittiham edilir. O, jurnalist Hincal Ulucu yaralamağa cəhd, 15 nəfərin yaralanmasına səbəb olan 2000-ci ilin 26 mart hadisəsi, eyni zamanda silahlı qrup yaratmaq, ona rəhbərlik etmək. Bütün bu cinayətlərinə görə Çakıcı məhkəmə tərəfindən müxtəlif cəzalara məhkum edilib.

O, təkcə Birja mütəxəssisi Adil Öngənin avtomobilinin güllələnməsi cinayətinə görə 10 həbs cəzası alıb.

1995-ci ildə Uludağda keçmiş xanımı Nuriyə Uğur Qılıncın öldürülməsində əli olduğuna görə Bursa məhkəməsi tərəfindən ona ömürlük həbs cəzası verilib. Lakin məhkəmə Qılıncın Çakıcıya dediyi “Öcalan səndən daha şərəflidir” sözünə görə cəzasını 19 ilə endirib.

Nurəddin Çakıcı ən sonda Prezident Ərdoğan haqqında işlətdiyi etikadan kənar ifadələrə görə, 10 ay həbs cəzası alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər