20 Avqust 2018 10:57
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda cibgirlik edən iki nəfərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, avqustun 17-də saat 23 radələrində metronun Nəriman Nərimanov stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Metropolitendə polis şöbəsinə gətiriliblər.

Araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olduqları müəyyən edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini olan bir nəfərin içərisində 71 manat və bank kartları olan pul kisəsini alıb aradan çıxmaq istəyiblər.

Onların üzərlərinə şəxsi axtarış keçirilən zaman Tamerlan Əliyevdən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin, Nərminə Abbasovanın üzərindən isə başqa bir şəxsə məxsus pulqabı aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, Nərminə Abbasova həmin pulqabını Nərimanov rayonu ərazisindəki mağazaların birində paytaxt sakini olan bir qadından oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər