20 Avqust 2018 12:02
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyaları oğurlanıb.

12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini Qurban Məhərrəmov saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Qurban Məhərrəmov əvvəllər məhkum olunub.


Müəllif: Hacı Zeynalov