21 Avqust 2018 09:41
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq aş verib.

Teleqraf.com xəbər verir ki, Sulutəpə qəsəbəsindəki mənzillərin birindən 50 manat pul, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlanıb.

40-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Kənan Tağıyev saxlanılıb.

Məlum olub ki, Kənan Tağıyev bu oğurluq cinayətini qəsəbədə yaşayan daha iki yeniyetmə ilə birlikdə törədib. Polisin keçirdiyi əməliyyat nəticəsində hər iki yeniyetmə də həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov