Bakının Nizami rayonunda sevgilisini qarət edən gənc həbs edilib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, iyul ayının 12-də paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Gürcüstan vətəndaşı Azad Namazov Bakı şəhər sakini Səadət Əliyevaya zor tətbiq edərək içərəsində 480 manatı, mobil telefon və ətir olan çantasını alıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Zərərçəkən hadisə ilə bağlı 24-cü polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında cinayəti törətməkdə şübhəli bilinən Azad Namazov tutulub.
Araşdırmalar zamanı məlum olub ki, Azad Namazovla Səadət Əliyeva iki il əvvəl tanış olublar. Onların bir evdə yaşamaları və cinsi əlaqədə olmaları da üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov