22 Avqust 2018 10:58
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada evin zirzəmisində 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Astara rayonunda əməliyyat keçirilib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Ərçivan qəsəbə sakini Akif Kərimov saxlanılıb. Ondan bir bükümdə 1,2 qram çəkidə psixotrop tərkibli metamfetamin, 2 ədəd siqaretə doldurulmuş qurudulmuş marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd tir tapançası aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalarla A. Kərimovun həmin psixatrop tərkibli maddəni Astara rayonunun Ərçivan qəsəbə sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Əliyev 4,2 qram çəkidə narkotik vasitə olan tiryəki satarkan saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun Ərçivan qəsəbəsindəki yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən 4 bükümdə 5 kiloqram 200 qram çəkidə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Fakt üzrə Astara RPŞ-də araşdırma aparılır./"Report"/


Müəllif: Teleqraf.com