19 Avqust 2014 11:44
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. Qara Qarayev prospektində 1990-cı il təvəllüdlü Hilal Bedjanov və 1993-cü il təvəllüdlü Xəyal Əhmədov bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Onları bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün tədbirlər görülür. İlkin araşdırma zamanı müəyyən olunub ki, hadisə tərəflər arasında yaranan dini söhbət üstündə baş verib.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: