22 Avqust 2018 16:11
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından 91 manat pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Valeh Xəlilov, əvvəllər məhkum olunmuşlar Ruslan Qasımov və Həriman Rəhimov avqustun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların cari ilin may-avqust ayları ərzində Göyçay rayon sakini olan daha 3 nəfərin bankdakı hesablarından ümumilikdə 2479 manat pul çıxarmaları müəyyən edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər