Mingəçevir şəhərinin mərkəzi bazarında bıçaqlanma hadisəsi baş verib.
Bazarlığa gələn müştərilərdən biri satılan xiyarın qiyməti ilə razılaşmayaraq 1986-cı il təvəllüdlü satıcı Musayev Samir Vaqif oğlunu insanların gözü önündə ürək nahiyəsindən bıçaqlayıb.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis həmin şəxsin axtarışlarına başlayıb.
Bıçaqlanan şəxs 3 uşaq atasıdır, ailəsi ilə birgə kirayədə yaşayır.
Faktla bağlı araşdırma aparılır.