23 Avqust 2018 09:44
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən jurnalist Elnur Məmmədovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məlum olub ki, Elnur Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Növbəti proses sentyabrın 5-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 3 il 6 müddətinə azadlıqdan məhrum edilib.

O, həmin hökmlə razılaşmayıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttihama görə, Elnur Məmmədov öz qohumu Orxan Mehrəliyevə qarşı dələduzluq edib.

O, Orxan Mehrəliyevdən 10 min manat alıb və məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib.

Lakin Elnur Məmmədov vədinə əməl etməyib.

Elnur Məmmədov bundan qabaq iki dəfə məhkumluq həyatı yaşayıb.

O, Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək) maddəsi ilə ittiham edilib.

Elnur Məmmədov (Vaqifoğlu) sayt rəhbəridir.

Onun rəhbərlik etdiyi saytın adı Mətbuat Şurasının qara siyahısındadır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər