Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 25 baş qoyun oğurlanması barədə 30-cu polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakinləri İsmayıl Səlimov saxlanılıb.
Cinayətin daha bir iştirakçısının şəxsiyyəti müəyyən edilib.
Onun tutulması üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.