Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12900 manat oğurlanması barədə 1-ci polis şöbəsinə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.
Araşdırmalarla Teymur Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.