Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki bir mağazadan geyim əyaları və P.Cəfərovanın cibindən 40 manat oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi və Qaradağ rayon mühafizə şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Coşqun Məmmədov saxlanılıb.
Məlum olub ki, Coşqun Məmmədov əvvəllər də məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.