Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki apteklərin birindən kosmetik əşyaların oğurlanması barədə 22-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elməddin Əzizov və qardaşı Elgün saxlanılıblar.
İstintaq müəyyən edib ki, Əzizov qardaşları əvvəllər məhkum olunublar.