Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindəki seyfdən 1000 manat pul oğurlanması barədə 18-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin Bakı şəhər sakini Könül Tağıyeva saxlanılıb.
Könül Tağıyevanın həmin mənzildə xadimə işlədiyi məlum olub.
Fakt üzrə araşdırmalar davam etdirilir.