Bakının Nəsimi rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İlkin Rüstəmov saxlanılıb.
Bundan başqa, rayon ərazisindəki mağazaların birindən 670 manat oğurlanması barədə 22-ci polis şöbəsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şahmurad Xudaverdiyev və Gəncə şəhər sakini Andrey Mirasliçenko saxlanılıb.