Kürdəmir rayonunda silahlı şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sor-Sor kənd sakini Əziz Məmmədovdan nömrəsi silinmiş “Tula” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov