27 Avqust 2018 22:00
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhəri Bayandır qəsəbəsində keçirilən toy mərasimində bəy və gəlinin qohumları arasında mahnı sifarişi üstündə dava düşüb.

Teleqraf.com xəbər verir ki, əlbəuaxa dava zamanı 16 nəfər yaralanıb. Yaralananlardan 2-snin vəziyyəti ağırdır.

Oxşar hadisə avqustun 8-də İzmirin Torbalı qəsəbəsində də baş vermişdi. Bəy və gəlinin ailələri oynamaq üstündə dava etmişdi. Davada odlu silahdan istifadə olunmuşdu və bir nəfər ölmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər