19 Avqust 2014 14:44
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yaşayış evinə basqın olub.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində yaşayan Elgün Mədətovun evinə pəncərədən girmiş naməlum şəxs onu gördükdə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sabunçu qəsəbə sakini Yusif Nuriyev tutulub.

Onun avqustun 18-nə keçən gecə Zaur Tanrıverdiyevin evindən pəncərədən girmək yolu ilə sənəd və mobil telefon oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: