Bakıda qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan Suqra Hüseynovanın barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, Suqra Hüseynova Ysamal rayon ərazisində gəlir əldə etmək məqsədilə qadınları kişi müştəriləri ilə görüşdürüb, bunun müqabilində pul qazanıb.
Polisin əməliyyatı nəticəsində onun qanunsuz əməlləri aşkar edilib. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən Suqra Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə material baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib.
Hazırlıq iclası sentyabrın 7-ə təyin edilib.