Bakının Nəsimi rayonunda dələduzluq faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini G.Mirzəyevanın 22 000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Qiymət Məmmədova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.