29 Avqust 2018 17:35
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xaş-xaş 2018” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Şəki rayonunun Aşağı Daşağıl kəndində vətəndaşa məxsus 2,5 ha pay torpaq sahəsində ümumi çəkisi 10 tona yaxın 31 270 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar olunaraq yandırılma yolu ilə məhv edilmişdir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər