Rusiyada Azərbaycan vətəndaşı güllələnib.
Teleqraf.com xəbər verir ki, Lipetsk şəhərinin Papin küçəsindəki bazarda qarpız satmaqla məşğul olan 38 yaşlı həmyerlimiz çoxsaylı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Qarın boşluğundan güllə yaraları alan soydaşımızın durumu ağır olaraq qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb.
Atəş açan şəxs hələlik saxlanılmayıb.