29 Avqust 2018 21:58
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin DHA agentliyi qırmızı bülletenlə axtarışda olan Anbar S. adlı azərbaycanlı mafiya liderinin İstanbulda həbs olunduğu barədə məlumat yayıb.

49 yaşlı şəxs İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin əməkdaşları tərəfindən yaxalanıb və onun yaxın zamanda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

Anbardan müxtəlif şəxslərə aid saxta vəsiqələr də götürülüb.

Bundan əlavə, onun 2017-ci ilin dekabrın 18-də Maltəpə həbsxanasından Ərzurum cəzaçəkmə müəssisəsinə köçürülən zaman kortejdən qaçdığı bəlli olub.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər