30 Avqust 2018 09:55
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qala qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini, 21 yaşlı Emin Hüseynovu döyüb, 32 manat pulunu və mobil telefonunu alıb.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı 1-ci polis şöbəsinə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər