2 Sentyabr 2018 14:59
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 670 manat pul, 3050 manat dəyərində tütün məmulatı və təmizlik ləvazimatları oğurlanıb.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kür qəsəbə sakini Məmməd Məmmədov saxlanılıb.


Müəllif: Hacı Zeynalov