Qusar rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki 2 evdən məişət əşyaları və inşaat materialları oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qalacıq kənd sakini, əvvəllər məhkum olunmuş Ömər Səlimov saxlanılıb.
Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.