3 Sentyabr 2018 13:32
3 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Cəlilabadda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər avqustun 30-da Cəlilabad rayon sakini Firuzə Əsgərovanın Ocaqlı kəndindəki evində onun və qızı Sənubərin üzərində zorakılıq əlamətləri olan meyitləri tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Yaşar Bayramov tutulub.

Qeyd edək ki, avqustun 30-da, axşam saatlarında rayonun Ocaqlı kəndində baş verib.

Kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

Qətli Əsgərovların qonşuluğunda yaşayan “Cıkma” ləqəbi ilə tanınan 1984-cü il təvəllüdlü Yaşar Bayramovun törətdiyi məlum olub.

Yaşar Bayramov 2011-ci ilin avqustun 17-də Firuzə Əsgərovanın oğlu Oqtayı bıçaqlayıb. Onun şikayəti əsasında Yaşar Bayramov həbs edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ildə keçirlən iclaslarında Yaşar Bayramovun cinayət törətdiyi sübuta yetirilib. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzasını çəkən Yaşar Bayramov ötən il azadlığa çıxıb. Yaşar Bayramov Oqtay Əsgərovu öldürəcəyi ilə hədələyib. Amma o, azadlığa çıxdıqdan bir neçə gün sonra Qqtay vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb.

Həbsdən azad olunan Yaşar Bayramov Cəlilabad rayonunda deyil, paytaxtda yaşamağa başlayıb. O, paytaxtda kirayədə yaşayıb və fəhləliklə məşğul olub.

Avqustun 30-da kəndə gələn Yaşar Bayramovun Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

Axşam saatlarında onların evinə yollanan Yaşar Bayramov Sənubər Əskərovaya təcavüz edib.

Daha sonra o, təcavüz etdiyi qızı boğaraq öldürüb.

Evdən çıxan Yaşar Bayramov həyətdə Firuzə Əskərovanın başını kəsib.

Ana və qızın meyitini tövləyə aparan Yaşar Bayramov meyitləri orada basdırıb və hadisə yerini tərk edib.

Amma yerdə qan izlərinin olması cinayətin qışa zamanda açılmasına səbəb olub.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yaşar Bayramov həbs edilib.

O, hazırda Cəlilabad rayon Prokurorluğuna gətirilib.

Cinayəti törətməsi ilə bağlı dindirilir.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər