Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki çay evlərinin birindən 6 ədəd televizor oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Toğrul Mirzəyev, Elvin İbrahimli və əvvəllər məhkum olunmuş Tural Məhərrəmov saxlanılıblar.
Ətraflarında keçirilmiş tədbirlərlə onların cari il mayın 18-də və avqustun 11-də rayon ərazisindəki 1 kompyuter oyunları salonundan və 2 avtoyuma məntəqəsindən 3100 manat dəyərində 8 ədəd oyun aparatı, 20 ədəd pult və məişət əşyaları oğurlamaları da müəyyən edilib.