7 Sentyabr 2018 15:41
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qaçaqmalçılıqda ittiham olunan İran vətəndaşları Ali Shahim və Abi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ali Shahim və Abi Hüseynov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hər iki təqsirləndirilən şəxslər İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik tərkibli və güclü təsiredici dərmanlar gətirməkdə ittiham olunublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər