Bakının Nərimanov rayonunda qadınlar şantaj olunub.
Teleqraf.com xəbər verir ki, sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib.
Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını, hədə-qorxu gələrək 457 manat pullarını aldığını bildiriblər.
Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb.
O, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə təhvil verilib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.