20 Avqust 2014 12:10
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Azəri Mirzəyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Azəri Mirzəyev bu ilin aprelin 22-də sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsində qəsəbə sakini Nadir Məlikovu bıçaqlayaraq öldürüb.

Azəri Mirzəyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Azəri Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər