Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində paytaxt sakini olan bir qadının içərisində 200 manat və sənəd olan pulqabısını oğurlanıb.
19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nabat Cəfərova saxlanılıb.