12 Sentyabr 2018 00:15
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hüquq-mühafizə orqanları sabiq prezident Robert Koçaryan barəsində yeni cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan deyib.

Koçaryan maliyyə fırıldağı və çirkli pulların yuyulmasında ittiham olunur.

Vanetsyan bildirib ki, söhbət yüz milyonlarla dollardan gedir. O qeyd edib ki, paytaxtdakı “Konqress” hotelinin 6 milyon dollar rüşvət müqabilində alınması və Koçaryan ailəsinin bu mülkə necə sahibləndiyinə dair faktlar ortaya qoyulacaq.

Eyni zamanda tezliklə sabiq prezident Serj Sarqsyanın qardaşı Aleksandrın maliyyə fırıldaqları barədə məlumat açıqlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər