12 Sentyabr 2018 10:39
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Günel Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

Günel Şıxıyeva 8 nəfər zərərçəkmiş şəxsdən xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.

Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxırmış.

Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatanda təyyarə biletinin saxta olduğunu öyrənirmiş.

Günel Şıxıyevanın dələduzluq əməllərinin qurbanı olan xeyli sayda şəxs var. Sadəcə istintaq orqanı ilk şikayət edən 8 nəfərin müraciəti əsasında açılan cinayət işinə baxıb. Digər zərərçəkmişlərin şikayəti əsasında istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər