Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Qasımbəyli kəndində qeydə alınıb. Kənd sakini, azyaşlı Səid Umudov su kanalına yıxılıb. Azyaşlı suda boğulub. Onun meyiti sudan çıxarılıb.
Bildirilir ki, azyaşlı uşaq valideynlərinin xəbəri olamadan həyətə düşüb. Bir qədər həyətdə oynanayan azyaşlı yoxa çıxıb. Valideynləri onu axtarmağa başlayıblar bə bir neçə saatdan sonra suda boğulmuş meyitini tapıblar.
Hacı Zeynalov