20 Avqust 2014 12:59
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.

Sabirabad rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq hadisəsi rayonun Qalağayın kəndində qeydə alınıb.

“Kolin” İnşaat Şirkətinə məxsus anbardan 2 ədəd kondisioner oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətdə sürücü işləyən rayon sakini Xalid Gözəlov tutulub.

Hacı Zeynalov


Müəllif: